F-1.az xatırladır ki, britaniyalı sürücü Amerikadakı sıralanma turunda 6-cı olsa da, rəqiblərinin cərimələnməsi ilə yarışa 4-cü yerdən start verəcək. Lakin gənc sürücü poul qazanmış Saynsdan 0.6 saniyə geridə qalır.
Corc Rassell: “Dördüncü yerdən raızyam. Xüsusən də, həftəsonuna yavaş başladıqdan sonra…
Birinci sessiyanın əvvəlində hər şey yaxşı idi, ancaq sonra böhranlı anlar yaşadım. Az qala qəza edirdim. Bu hal üç sərbəst yürüşlərdə də baş verdi. Özümə olan inamım azaldı.
Sıralanma turunda isə hər şey qaydasında idi.Lakin pouldan 0.6 saniyə geri qalmaq sevindirici hal deyil. Buna baxmayaraq, mövsümün ən yaxşı sıralanma turlarından birini geridə qoyduq”.