C.Rassell: Onsuz da beşinci olacaqdım

Mercedes komandasının sürücüsü Corc Rassell McLaren-in Hard təkərlə olan tempinə təəccüblənib.

F-1.az xatırladır ki, britaniyalı sürücü rəqiblərindən fərqli olaraq, yarışa Soft təkərlərlə başlayıb və 30 dövrə Leklerin arxasında qalıb. Lakin trasa təhlükəsizlik maşını girməsi ilə Lekler ikinci dəfə pit edib və Rassell onu qabaqlayıb. Təhlükəsizlik maşınından sonra isə Medium təkərlərlə Hard təkərli Oskar Piastrini keçə bilməyib və beşincliklə barışıb.

Corc Rassell: “Özümü yaxşı hiss edirdim, ancaq 28 dövrə ərzində önümdəki maşınla fərq bir saniyə idi. Əgər önüm açıq olsaydı, pitə daha gec girə bilərdim. Soft təkər əla hiss etdirirdi. Şarlı keçmək üçün əlimdən gələni etdim. Bəzi yerlərdə şübhəli müdafiələr etdim, amma bu mənim yarışımı dəyişməzdi. Onu keçsəm, böyük ehtimalla bu mənim yarışımı dəyişməzdi. Daha tez pitə gələcəkdim. Böyük ehtimalla hər iki McLaren də məndən qabaqda qalmaq üçün pitə gələcəkdilər. Yəni ki, bütün ssenarilərdə beşinci olacaqdım.

16-cı döngədə ona daxildən hücum etmək istədim. Əylənmə zonasında aqressiv formada yanıma gəldi. Qaydalar buna qətiliklə icazə vermir. Deyəsən ona xəbərdarlıq da verildi. Ötmə fürsətiniz olanda və üstəlik bu bir xəbərdarlıqla yola veriləndə əsəblər lap pozulur. Limitlərdə olan hərəkət idi.

Düşünürdüm ki, Lyuislə birgə podiuma çıxarıq. Ancaq McLaren Hard təkərləri yaxşı işlətdi. Bəlkə də Soft təkərləri belə işlətməyəcəkdilər. Biz də Hard təkərdə bənzər vəziyyətə düşə bilərdik. Yenə də Medium-Hard strategiyası ilə getmədiyim üçün sevincliyəm. Soft təkər çox yaxşı idi. McLaren bizdən 0.1-0.2 saniyə sürətli idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*