C.Rassell: Nəticə real deyil

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Soft təkərlərlə dövrələrini daha gec vurduqları üçün nəticələri ciddiyə almaq lazım deyil.

F-1.az xatırladır ki, Mercedes komandası Kanadadakı cümə sərbəst yürüşlərində ilk iki yeri tutub. Barselonada bu mövsüm ilk dəfə podiuma yüksələn Corc Rassell ikinci olub.

Lakin “gümüşü oxlar” sıralanma tempindəki dövrələrini hamıdan sonra vurublar. Bu anda isə asfaltla ilişmə artmışdı.

Corc Rassell: “Əlbəttə, birinci sərbəst yürüşlərdə baş verənlər cə ikinci sessiyanın uzanması iıə qəribə gün oldu. İkinci sessiya bizim üçün faydalı idi. Məncə, zaman nəticələrinə görə bir şey fikirləşmək düzgün deyil, çünki biz sessiyanın sonlarında boş çənlə dövrələr atdıq.

Bolidi Barselona və Kanada traslarına görə müqayisə etmək çətindir, çünki iki fərqli konfiqurasiyalı trasdan danışırıq. Barselona yüksək sürətli və qabarsız düz asfalta sahibdir. Burada isə həddən artıq çox qabar var.

Ancaq Barselona yenilikləri bizə çox kömək edir. Məncə, sıralanma tempində Ferrari və Aston Martin-ə uduzuruq. Onlar elə bil eyni tempdə gedirlər. Valtteri də sürətli görünürdü. Biz bazar günü güclü oluruq.

Şənbə günü məncə, yağış yağacaq. Görək nə olacaq. Keçən il tras yaş olanda quru təkərlərinə keçmiş və divara çırpılmışdıq. Buna görə bu il bunu edərkən iki dəfə düşünəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*