F-1.az xatırladır ki, Britaniya komandası son iki yarışda zəif çıxış edib, amma Mucello trası tamamilə fərqlidir.
Corc Rassell: “Mucelloya gəldiyim üçün xoşbəxtəm. Altı il əvvəl burada yarışmışdım. Bura yarışdığım ən gözəl traslardandır. Yüksək sürətə görə sürücülər fiziki cəhətdən çətinlik çəkəcək. Lakin bu tras Spa və Montsaya nisbətən bolidimiz üçün daha əlverişlidir. Buna görə də bu həftəsonu əlimizdən gələni edəcəyik”.