F-1.az xatırladır ki, Mercedes komandası bolidin yeni verisyasını Emiliya Romanya Qran Prisinə gətirməyi planlaşdırsa da, selə görə yarış ləğv olunmuşdu. Buna görə də “gümüşü oxlar” yenilikləri Monakoya gətiriblər. Lakin Monako trasının quruluşu yenilikləri sınamaq üçün elə də əlverişli deyil.
Corc Rassell: “Dünən də dediyimiz kimi Monako qeyri-adi trasdır və burada yenilikləri dəyərləndirmək çətindir. Həftəsonuna başalayanda bunu bilirdik. Buna görə də yenilikləri demək olar ki, unutmuşuq. Bunu gələn həftəsonu düşünəcəyik. Sadəcə buradakı nəticələri təkmilləşdirməyə köklənəcəyik.
Sıralanma turu bu həftəsonu çox vacib olacaq. Biz isə sıralanma tempində həmişə çətinlik çəkirik. Son 18 aya baxanda, yarışda daha güclü olduğumuzu görürük. Buna görə də bəzi şeyləri düzəltməyə çalışacağıq. Sessiyada müsbət nüanslar oldu. Birinci sətbəst yürüşlərə nisbətən daha güclü idik. Yenə də. bu trasda işlər həmişə çətin olur.
Bir təkərdən daha çox fayda ala bilmək üçün əlimizdən gələni edəcəyik. Bolidin təməl performasnı çox yaxşdır. Normalda bazar günləri yaxşıyıq. Şənbə günləri zəif oluruq. buna görə də bu həftəsonu vəziyyəti tərsinə çevirməyə çalışacağıq. Bu asan olmasa da, çox işləyib, potensialımızı öyrənəcəyik.
Ümid edirik ki, Aston Martin və Ferrari ilə mübarizə apararıq, çünki hədəflədiyimiz yer oradır. Bilirsiniz ki, Red Bull hazırda öz liqasında yarışır. Orta qrup isə bir-birinə yaxındır. Bu il bir neçə dəfə görmüşür ki, McLaren, Alpine ya da Haas şənbə günü önümüzdə olurlar. Ancaq yarışda ortalıqdan itirlər. Bu həftəsonu da bunu bacrsalar, bazar günü bizimlə mübarizə apra biləcəklər. Buna görə də sıralanma tempi üzərində işləyib, növbəti həftə bolidi yenidən dəyərləndirməliyik”.
Qeyd edək ki, britaniyalı sürücü bu il hələ də podiuma yüksələ bilməyib. Onun builki ən yaxşı nəticəsi Mayamidəki dördüncülükdür. Rasselin Monakoda da daha əvvəl podiumu olmayıb.