Corc Rassell: “Komanda sürətli avtomobillər hazırlamağı unutmadı, sadəcə bu il səhv etdi. Səhv bir yolla getdik. Bəzən bu vəziyyətdən çıxmaq üçün vaxt lazımdır. İndi isə, deyəsən, bacarırıq. Ferrari və Red Bull-dan bir addım geridəyik, lakin yeni mövsümün ilk yarışına xeyli güclənərək çıxacağıq.
Mercedes kimi komandada həmişə qələbə gözləyirsən. Qələbə üçün mübarizə aparmağa hazır olduğumu hiss etdim, amma gözləntilərimi azaltmalı oldum. Belə bir vəziyyətin öhdəsindən necə gələcəyimiz də maraqlı idi. Mən uzun müddət üçün buradayam və istərdim ki, ötən mövsümün çətinlikləri gələcək illərdə komandaya kömək etsin”.