F-1.az xatırladır ki, Avstraliyada 2-ci və 3-cü yeri tutan “gümüşü oxlar” Bakıda çox zəif görünüblər. Həmilton sıralanmada 5-ci olduğu halda, Rassell 11-ci olaraq, son sessiyaya belə qala bilməyib.
Corc Rassell: “Bu həftə tempimiz yoxdur. Son sessiyaya çıxmağı çox istəyərdim. Əlimdən gələn hər şeyi etdim, ancaq son cəhdimdə səhv edərək, ələndim. Belə hallar idmanda bəzən gülməli olur. Keçən yarış sıralanma turunda ilk cərgədə idim, bu həftə isə üçüncü sessiyaya çıxa bilmədim.
Sərbəst yürüşlərdə özümü yaxşı hiss etmirdim. Bir neçə dövrə atmaq istərdim. Boksda çox dayandıq və xırda şeylər etdik”.