F-1.az xatırladır ki, Serxio Peres ilin sonunda Racing Point-dən ayrılacaq və hazırda Haas komandası ilə danışıqlar aparır. Danışıqlar müsbət yöndə getsə də, hazırda Formula2-də yarışan Nikita Mazepinin atası Haas komandası ilə danışıqlara başlayıb və gənc sürücü növbəti il Amerika təmsilçisinin heyətində çıxış edə bilər.
Bəzi iddialara görə Mercedes bu il Rasseli gətirib, Bottası Aston Martinə göndərmək istəyirdi. Lakin Kler Uilyams müqavilədəki bəndlərdən istifadə edərək gənc sürücünü daha bir il komandada saxlamağa qərar verdi.
Bundan sonra 22 yaşlı pilotun daha 1 il Williams-da qalacağı aydın idi. Amma sentyabr ayında Mazepin ailəsinin paddokdakı fürsətləri dəyərləndirməyə başlaması ilə dünya-aləm bir-birinə qarışıb. Rusiyalı sürücünün Haas-a keçməsi gözlənilir. Belə olan halda isə Peres sponsorları ilə birlikdə Williams-a keçərək, Rasselin işsiz qalmasına səbəb ola bilər.