C.Rassell: Komanda taktikası olmayacaq

San-Pauluda yarışın startında Mercedes avtomobilləri ilk cərgədə olacaq, sprint yarışının qalibi Corc Rassell pouldan başlayır. Aydındır ki, indi o, karyerasında ilk dəfə Qran-Pri qazanmaq arzusundadır, lakin komanda yoldaşı Lyuis Həmilton da buna can atacaq.

F-1.az xəbər verir ki, Rassell heç bir komanda əmrinin və taktikasının olmayacağına əmindir və komanda yoldaşları bir-biri ilə mübarizə aparacaq.

Corc Rassell: “Əlbəttə, heç bir komanda taktikası olmayacaq. Bizim trasdakı mübarizəmiz tarixi olacaq, həm də komandamıza qələbə qazandırmağa çalışacağıq. Lyuislə mənim eyni taktikada olduğumuz Mexikoda gördük ki, bu, zərərimizədir. Hansı strategiyanın optimal olacağını bilməsək də, trasda tam mübarizə aparacağıq.

Əminəm ki, komanda bizim üçün müxtəlif taktiki sxemlər hazırlayacaq, hadisələrin istənilən inkişafına hazır olacağıq. Ümid edirəm ki, birimiz qələbə sevinci yaşayacağıq. Amma düşünürəm ki, bizim son təcrübəmiz fərqli taktikalarla yarışa başlamalı olduğumuzu göstərir. İlk növbədə komandanın maraqlarını düşünməliyik, eyni zamanda da öz zərəfimiz üçün çalışmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*