C.Rassell: İki bolidlə işləməliyik

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, testlərdə iki maşınla işləməlidirlər.

F-1.az xatırladır ki, bu il sürücülər cəmi üç gün test edə biləcəklər. Bu isə o deməkdir ki, hər sürücüyə günyarım düşür. Belə olan halda isə pilotlar bolidi tam anlaya bilmədən mövsümə başlamalı olurlar.

Corc Rassell: “Mən düşünürəm ki, üç günlük testlə çox azdır. Əslində hər sürücünün günyarım vaxtı olacaq. Keçən həftə Pirelli təkər testlərinə görə bolidi sürə bildik. Əks halda Əbu Dabidən sonra 12 həftə test edə bilməyəcəkdik.

Testlərdə iki maşınla işləsəydik, bu daha yaxşı olardı. Ancaq hər sürücüyə günyarım çox azdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*