F-1.az xatırladır ki, Alman təmsilçisi bu gün yeni bolidini təqdim edib. Komanda birillik fasilədən sonra yenidən qara rəngə qayıdıb.
Corc Rassell: “Komandanın keçənilki inkişafı təsiredici idi. 2022-ci il mövsümündə mövsümün sonuna doğru temp qazandıq və bu temp qış ərzində davam etdi. Yeni bolidimiz estetika cəhətdən gözəl görünür. Cəsur, aqressiv və şokedici.
Qış uzun keçdi. İndi siə W14-dən gözləntilərimiz var. Həyəcanlıyam. İndiyə kimi çox söz deyilsə də, bolidin gücünü görmək üçün trasa çıxmalıyıq”.