F-1.az xatırladır ki, 24 yaşlı pilot Mercedes-dəki debüt mövsümündə yeddiqat Dünya Çempionu Lyuis Həmiltonu 35 xal qabaqlayıb.
Corc Rassell: “Mövsümün əvvəlində mənə Həmiltonu məğlub edəcəyimi desələr, çox sevinərdim. Çünki onu qabaqlamaq çempionluğa bərabərdir.
Heyif ki, bolidimiz çox zəif idi və problemlər yaşadıq. Yenə də gələm il güclü bolidimiz olsa, Lyuis əvvəlki səviyyəsinə qayıdacaq. Bu il poul qazandım və Braziliyada qələbə qazandım. Çox sevincliyəm.
Buraya Çempion olmaq üçün gəlmişəm və önümüzdə uzun yol var”.