Corc Rassell: “Mübarizə qələbə dublu üçün gedirsə, dinamika tamamilə fərqlidir. Biz indi karyeramızın müxtəlif mərhələlərindəyik və həqiqətən komanda üçün birlikdə işləyirik. Əgər gələn il dubllar qazana bilsək, o zaman fəxr edəcəyik ki, komandaya öz töhfəmizi verə bilmişik və kömək etmişik. Hər birimiz öz işimizlə məşğul olacağıq.
Ancaq mübahisə üçün heç bir səbəb yoxdur. Bizim yaxşı münasibətimiz var. Biz bir-birimizə hörmət edirik və Meksikadakı yarış buna yaxşı nümunə idi. Bunun bütün komanda üçün nə qədər vacib olduğunu başa düşürük. Münasibətimiz pisləşsə, bu, komandaya, sonda isə özümüzə təsir edəcək”.