F-1.az xatırladır ki, britaniyalı sürücü təhlükəsizlik maşını vaxtı bir neçə yer qazansa da, restartdan sonra səhvlər edərək, həm Strollu, həm də Həmiltonu önə buraxıb və yarışı 8-ci yerdə bitirib.
Corc Rassell: “Özümlə bağlı bir az məyusam. Yarışa yaxşı başladım və pit-stoplarda Strollu qabaqladım, ancaq restartda hər şeyi batırdım. Özümə və maşına inansam da, restartda hər şey tərsinə döndü.
Fernando tez əyləcə basaraq, məni təəccübləndirdi. Təmas etməmək üçün bir şey etməli idim. Az qala Fernandoya çırpılırdım. Ancaq təkərlərim kilidləndi. Ləns və Lyuis buna görə məni keçdi. Bu olmasa, yarışı Fernandonun önündə bitirərdim. Ancaq səkkizinci yerdən narazıyam.