F-1.az xatırladır ki, britaniyalı sürücü Mayamidəki birinci sərbəst yürüşlərdə zirvədə olsa da, ikinci sessiyanı 15-ci yerdə bağlayıb. Buna baxmayaraq 24 yaşlı pilot bu geriləmənin səbəbini bilir və iddialı danışır. Səbəb isə komandanın ikinci sessiyada Soft təkərlərə keçməsidir.
Corc Rassell: “Mayamidə keçən ilin oxşarını yaşadıq. Cümə günü ən sürətli komanda idik və şənbə günü sıralanma turunda son sessiyaya qala bilməmişdik.
İkinci sərbəst yürüşlərdə Medium təkərdən Soft təkərə keçəndə maşın dəyişdi. Medium təkərsə özümü yaxşı hiss edirdim. Yaxşı dövrə vururdum. Bitirsəydim, dördlükdə olardım. Daha sonra Soft təkərlərə keçdim və maşın istədiyim kimi işləmədi. Bunun niyə baş verdiyini deyəsən anlayırıq.
Ferrari və Aston Martin-i qabaqlamamaq üçün səbəbimiz yoxdur. Hədəfimiz də budur. İlk 4 yarışda Aston Martin, Ferrari və Mercedes çox yaxın görünürdülər. Əgər bu komandalar poul və qələbə uğrunda mübarizə aparsaydılar, həyəcanlı anlar olardı.
Üç komandanın da belə yaxın olması gözəldir, çünki doğru addım atanda bunu anlaya bilirsiniz. Digər iki komandanı qabaqlayaraq, mükafatınızı alırsınız.
Potensialımız var. Bunu birinci sərbəst yürüşlərdə gördük. İkinci sessiyanın əvvəlində də hər şey yaxşı idi. Bəzi şeyləri bir araya gətirməliyik”.