C.Rassell: Ferrari-nin işini çətinləşdirə bilərik

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, yarışda Ferrari sürücülərinin işini çətinləşdirə bilərlər.

F-1.az xatırladır ki, Sinqapurdakı sıralanma turu çox xaotik keçib. Birinci sessiyanın sonlarında Ləns Stroll qəza edərək, qırmızı bayraqlara səbəb olub və daha sonra Red Bull komandasının sürücüləri son sessiyaya keçə bilməyiblər.

Red Bull onsuz da həftəsonu başlayandan zəif görünürdü və bundan Ferrari və Mercedes sürücüləri maksimum istifadə ediblər.

Corc Rassell isə düşünür ki, yarış üçün sahib olduqları yeni MEdium təkər dəsti yarışda onlara üstünlük gətirəcək: “Bu həftəsonuna görə çox xoşbəxtəm. Boliddə özümü yaxşı hiss etdim və komanda strategiya cəhətdən əla iş gördü. Sabah üçün bizim yeni Medium təkər dəstimiz var və bu başqa heç kimdə yoxdur. Buna görə də son sessiyaya qalmaq və yarışa öndən başlamaq həyəcanverici haldır.

Bu il tras fərqlidir və təkər yeyilməsi cümə günü çox idi. Buna görə də sahib olduğumuz yeni Medium təkərlərlə Ferrari sürücülərini sona qədər təzyiqdə saxlaya bilər və onları səhv etməyə vadar edərik. Bunun üçün əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*