F-1.az xatırladır ki, britaniyalı sürücü sıralanma turunda 4-cü olub və Mercedes üçün builki ən yaxşı sıralanma nəticəsini əldə edib.
Corc Rassell: “Komanda olaraq mövsümdəki ən yaxşı nəticəni əldə etdik. Bu nəticədən sonra pozitiv düşünə bilərik. İlk sektorda ən sürətli olsaq da, son sektorda problem yaşayırdıq. İdeal balansı tuta bilmədik.
Ferrari sürətli görünür, amma yarışda daha güclü ola bilərik. Son həftələrdə bazada görülən işdən razıyam. Artıq üzərində işləyə biləcəyimiz bir paketimiz var”.