C.Rassell: Ən böyük səhvim idi

Williams komandasının sürücüsü Corc Rassell bildirib ki, İmolada karyerasınınnın böyük səhvini edib.

F-1.az xatırladır ki, britaniyalı sürücü Emiliya Romanya yarışında 10-cu yerdə idi və karyerasında ilk dəfə xal qazanmağa doğru gedirdi, amma təhlükəsiz maşınının arxasında yerində fırlanaraq divara çırpıldı və mübarizəni dayandırdı.

Corc Rassell: “Yarış başlayandan dəlilər kimi maşından maksimumu aldım. Təhlükəsizlik maşınının arxasında təkərləri qızdırmaq üçün hər şey edirdim. Son həddi tapmağa çalışırdım. Bəhanəm yoxdur. Trasdakı qabarığa vurdum və bolidi xilas edə bilmədim. Əsəbpozucu idi.

Karyeramın ən böyük səhvi idi. Komanda bu həftəsonu əla işlədi. Bu yarışdan çıxaracaq çox dərsimiz var. Çox aqressiv yarış keçirdik. Heyif ki, həvəskar səhvi etdim və məyusam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*