C.Rassell: Əla gün idi

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, komanda üçün ən gözəl cümə gününü keçiriblər.

F-1.az xatırladır ki, britaniyalı sürücü 1.29.938 zaman nəticəsi ilə 90 saniyənin altına düşən yeganə pilot olub və cümə gününü birinci yerdə bağlayıb.

Corc Rassell: “Düzünü desəm, nəyə görə gücləndik bilmirəm. Bilirdik ki, burada daha yaxşı olacaq. Maşın yaxşı işləyir. Lakin hələ cümə günüdür. Buna görə də tələsməyək.

Ən yaxşı sazlanmaları tapmaq üçün mühəndislərimlə işləyirəm. Görək nə olur. Bizim üçün əla gün idi. İndiyə qədər keçirdiyimiz ən faydalı cümə günü idi”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*