F-1.az xatırladır ki, britaniyalı sürücü Ciddədəki sıralanma turunda 6-cı olduğu halda, komanda yoldaşı Həmilton 16-cı yeri tutub.
Corc Rassell: “Xoşbəxt deyiləm. Beşinci və ya altıncı yer tutmaq üçün buraya gəlməmişik. Komanda olaraq çətin gün keçirdik. Sazlanma tapmaq çətindir. Lyuislə birgə fərqli sazlanmalar yoxladıq. Lakin işləmədi.
Bəxtimiz gətirmədi. Beşinci olsam, sevinərdim. 0.05 saniyə uduzdum. Dalğalanma problemini həll etmək üçün hər şey edirik. Buna görə də başqa problemlərə fokuslana bilmirik. Görüləcək çox iş var”.