C.Rassell: Çox sevincliyik

Mercedes komandasının sürücüsü Corc Rassell podiuma görə təəccüblüdür.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa 12-ci yerdən başlasa da, startda 7-ci yerə qədər yüksəlib. O, ikinci pit-stoplardan sonra Karlos Saynsı da geridə qoyaraq, builki ilk podiumunu əldə edib. 24 yaşlı sürücü arxasından sürətlə gələn Peresə baxmayaraq, üçüncülüyü qoruyub.

Corc Rassell: “Bir az təəccülü nəticədir, ancaq mənə bu gün doğrudan da güclü bolid verən komandama təşəkkür edirəm. 12-ci yerdən 3-cü yerə yüksəldiyimiz güclü yarış oldu Ümid edirəm ki, bu başlanğıcdır. Bolidi sürmək çox rahatdır, ancaq aston Martin və Ferrari ilə müqayisədə sürətliyik. Bir az asfaltayatma qüvvəsi qazanmışıq. Artıq bolid daha yaxşı işləyir. Buna görə də podyuma yüksəldiyimiz üçün çox sevincliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*