C.Rassell çox məyusdur

Mercedes komandasının sürücüsü Corc Rassell Sinqapur yarışının son dövrəsindəki qəzaya görə məyusdur.

F-1.az xatırladır ki, Mercedes komandasının sürücüləri Sinqapur yarışının son 20 dövrəsində virtual təhlükəsizlik maşını çıxdığı üçün qumar oynayaraq, pitə giriblər.

Bu həmlə yarışdakı həyəcanı artırıb və həm Rassell, həm də Həmilton yarışın bitməsinə 5 dövrə qalmış ilk iki yerdəki Norrislə Saynsa çatıblar. Lakin Mercedes komandasının sürücüləri nə etsələr də, DRS-si olan Norrisi keçə bilməyiblər. Yarışın son dövrəsinə başlayanda hər kəs Sayns, Norris və Rassell podiumunu gözləyirdi.

Lakin Rassell yarışın bitməsinə metrələr qalmış maşının arxa tərəfini bariyerlərə sürtüb və buna görə də birbaşa öndəki bariyerlərə çırpılıb. O, beləliklə podiumu əldən verib.

Corc Rassell: “Çox uzun və fiziki cəhətdən çətin yarış idi. Karlos əla iş görərək, alternativ strategiyamısı işləməyə icazə vermədi və belə olan halda diqqətimizi qorumaq çox çətin idi.

Əgər Landonu ötmə fürsətim olanda onu geridə qoysaydım, yarışı qazanmaq üçün yarım maşınlıq məsafəm olacaqdı. Beləliklə, Karlosu keçə bilərdik. Son dövrədə millimetrlik diqqətsizlik yarışımın bitməsinə səbəb oldu. Komandaya görə çox məyusam. Belə gözəl həftəsonundan xalsız qayıtmaq məyusedicidir.

Boliddə özümü yaxşı hiss edirdim. Sıralanma turu və yarış əla idi. Strategiyada da cəsarətli davrandıq. Özümü və komandanı çox məyus etdim. Çətin vəziyyətdir, amma qayıdacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*