F-1.az xatırladır ki, Mercedes Meksikada güclü olsa da, yenə də Ferstappendən geridə qalıblar.
Corc Rassell: “Komanda bu gün daha yaxşı nəticəyə layiq idi. Bu həftəsonu yaxşı bolidimiz var idi və bu da komandanın gördüyü işin bəhrəsidir. Keçən həftə Lyuis də performansı ilə bolidin potensialını ortaya qoydu. Poul qazanmış kimi hiss edirdim, amma son cəhdim bərbad idi. Buna görə də əsəbiyəm. Lakin xallar sıralanma turunda verilmir. Buna görə də önlərdə olduğum üçün həyəcanlıyam. Görək nə olur”.