F-1.az xatırladır ki, Britaniya yarışının startında Rassell, Qasli və Çjou üçlü qəza etmiş və çinli sürücünün maşını salto vuraraq, tərs formada təkər baryerlərə qədər sürüşmüşdü. Daha sonra isə təkər bariyerləri də aşıb dayanmışdı.
Çjou uzun müddət boliddə ilişib qalmış və boliddən düşə bilməmişdi. Rassell isə bu anda bolidindən düşmüş və ona yardım etməyə getmişdi.
Corc Rassell: “Belə qəzanı Formula1 sürücüsü kimi anlamaq olur. Üçqat paltar, dəbilqə, əlcək, təlsiz və ağzınızda içki şüşəsi var. Çox qarışıq haldır.
Bolidiniz havalanır və qapalı bir yerə düşür. Bu çox qorxulu haldır. Mübarizəni dayandırmışdım və boliddən düşən kimi ona kömək etmək barədə düşündüm. Mən o halda olsam, kömək istəyərdim, çünki bir neçə saniyədən sonra nə olacağını bilmirsiniz. Maşın yana bilər.
Çjouya kömək etməyə getmək sürücü reaksiyasından çox insan reaksiyası idi.”