F-1.az xatırladır ki, britaniyalı pilot yarışın startında Pereslə mübarizə apararkən, iki sürücü təmas edib və nəticədə Çeko yerində fırlanaraq sonuncu yerə düşüb. İnsidenti araşdıran stüardlar Rassellə 5 saniyə cəza veriblər.
Corc Rassell: “Təkrara baxdım və düşünürəm ki, cəza sərtdir. Startda rəqiblə mübarizə aparırsınız və hər yerdə bolidlər olur. Çeko orada xarici trayektoriyadan cəsarətli hücum elədi. Bunu daha əvvəl Valtteriyə etmişdi və Valtteri ondan qaçmaq üçün porebriklərə çıxmışdı. Mən də eynisini etməyə çalışdım. Ancaq önümdə Karlos var idi və əyləcə basıb, sükanı çevirdim. Nəticədə gedəcək yerim yox idi və yarışını bitirdiyim üçün məyusam.
Orada risk- mükafat oyunu gedirdi. Keçən il Lando ilə eynisini etdi. Valtteri ilə yaxın idi. Yarışda mənə etdiyi ikisi ilə eyni idi.
Dördüncü başlayıb, dördüncü bitirdim. Yarışdan əvvəl mənə bu nəticəni təklif etsələr, qəbul edərdim. Ancaq işlərin gedişatına görə məyusam”.