C.Rassell: Çətin mövsüm komandanı birləşdirdi

Corc Rassell Mercedes-də keçirdiyi ilk mövsümdə komanda yoldaşı Lyuis Həmiltonu sürücülər çempionatında 35 xalla üstələyib.

F-1.az bildirir ki, həmyerlilər arasındakı mövsüm boyunca olan çox yaxşı münasibət diqqətlərdən qaçmayıb. Lakin buna baxmayaraq, gənc sürücü sürətli maşına sahib olsaydılar, hər şeyin fərqli ola biləcəyini etiraf edib.

Corc Rassell: “Məncə, mövsümün ilk yarışına çempionatda ən sürətli maşınla çıxsaydıq, Lyuislə aramdakı dinamika bir az fərqli olardı. Mövsüm ərzində biz dəfələrlə axşamlar trasda qaldıq və mühəndislərlə birlikdə düzgün istiqamətdə hərəkət etdiyimizi və ya fərqli yanaşmanı sınamaq lazım olduğunu anlamağa çalışdıq. Bəzən müzakirələr çətin keçib, lakin bunlar komandanı bir araya toplayıb. Mercedes-in güclü liderləri var, indi biz hamımız əlimizdən gələni edirik və düzgün istiqamətdəyik. Mən tam əminəm ki, komandanın bu il qazandığı təcrübə bizi uzunmüddətli uğurlara aparacaq.

İnanıram ki, maksimum irəliləyiş və gələcək qələbələr əldə etmək üçün bəzən uduzmaq lazımdır. Ötən mövsüm həm məğlubiyyətlərim, həm də müəyyən uğurlarım oldu. Hamımız qələbə üçün Mercedes-dəyik. Komanda səkkiz il dalbadal titul qazanıb və belə vəziyyət xoşumuza gəlmir. Digər tərəfdən, sabit nəticələr göstərik, lakin biz Formula1-də sabitlik naminə deyil, qələbələr naminə yarışırıq. İnanıram ki, uğur qazanmaq üçün bəzən risk etmək lazımdır, amma səhvlər də risklərdən irəli gəlir və onlardan çox şey öyrənirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*