F-1.az xatırladır ki, britaniyalı sürücü pouldan başladığı yarışı qələbə ilə bitirib. Lakin yarışın sonlarında təhlükəsizlik maşını çıxandan sonra fərqlər əriyib və Həmilton düz Rasselin arxasına gəlib. Buna baxmayraq, gənc sürücü yeddiqat Dünya Çempionunu DRS məsafəsini buraxmayaraq, karyerasında ilk qələbəsini əldə edib.
Corc Rassell: “Nə gözəl hissdir. Bütün komandaya buna görə təşəkkür edirəm. Bu mövsüm emosiyanal cəhətdən enişli-yoxuşlu idi. Bu yarış çox çətin keçdi. Lyuis sürətli idi və təhlükəszilk maşını trasa girəndə öz-özümə düşündüm ki, finiş çətin olacaq. Məni təzyiq altında saxlasa da, qələbə qazandım. Çox xoşbəxtəm.
Söz tapmıram. Pitə qayıdanda bütün xatirəlrəim gözümün önünə gəldi. Atam və anamla kartinqə başladığım vaxtlar, ailəmdən, məşqçimdən, sevgilimdən və menecerimdən aldığım dəstək… Bundan başqa Mercedes akademiyasına girməyimə kömək edən Ceym Vavls və Toto Volff… Bi siyahının sonu yoxdur. Çox təşəkkür edirəm. Çox qürurluyam”.