C.Rassell az qala mübarizəni dayandıracaqmış

Mercedes komandası Corc Rassellin su sızıntısına görə mübarizəni dayandırmasından qorxub.

F-1.az xatırladır ki, son 8 ilin Dünya Çempionu olmuş Mercedes dünən Braziliyada qələbə dublu edərək, mövsümdəki ilk qələbəsini qazanıb. Qələbə komandanın yeddiqat Dünya Çempionu olmuş sürücüsü Həmiltondan yox, ilin əvvəlində “gümüşü oxlar”a qatılmış Corc Rasselldən gəlib.

Lakin bu zəfər 24 yaşlı sürücü üçün elə də asan olmayıb. Onun bolidində problem yaranıbmış.

Toto Volff: “Yarış ərzində su sızıntısı var idi və yarışı bitirəcəyimiz müəmmalı idi”.

Bu problem bütün yarış ərzində olsa da, Rassellə bu barədə heç nə deyilməyib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*