F-1.az xatırladır ki, ispaniyalı sürücü Bəhreyndəki sıralanam turunda beşinci olub, amma Aston Martin-in yarış tempi düşünüləndə, onun podiuma yüksəlməsi real görünür.
Corc Rassell isə yarışa Fernando Alonsonun arxasında, 6-cı yerdə başlayacaq.
Corc Rassell: “Məncə, bu gün Ferrari və Fernando ilə üçüncü yer uğrunda mübarizə apara bilərik. Xüsusən də, mənim boksumda bolidi yarışa sazladılar.
Ferrari-nin yarış tempi həmişə sıralanma tempindən zəif olur. Bizdə isə əksinə. Yarışda daha sürətli oluruq. Məncə, üçüncü yer uörunda mübarizə aparmaq üçün yaxşı yerdəyik. Düzünü desəm, Alonsi podiuma Ferrari-lərdən daha real namizəddir.
Sözün düzü, Aston Martin-dən daha yaxşı nəticə gözləyirdim. Lakin onlara bu qədər yaxın olmağımız təəccüblüdür. Sessiya bizim üçün yaxşı keçdi”.