C.Rassel yarışmayacaq?

Bəzi iddialara əsasən Əbu Dabi Qran Prisində Corc Rasseli rusiyalı Sergey Sirotkin əvəz edə bilər.

F-1.az bildirir ki, britaniyalı sürücü hazırda xəstədir və Williams komandası bu səbəbə görə tibbi raport gözləyir. Komanda F2-də çıxış etdiyi üçün Nikolas Larifini yarışdırmaq istəmir. Bundan başqa kanadalı sürücünün super lisenzoya ilə bağlı problemləri də var. Buna görə də Williams komandası başqa alternativlərə baxır.

Mercedes komandasının ehtiyat sürücüsü Esteban Okon dünən Williams-ın boksuna gedərək, oturacaq sazlanması edib, ancaq fransalı sürücünün boyu uzun olduğu üçün oturacağa sığa bilməyib. Buna görə də artıq alternativlər arasında deyil.

Keçən il Williams-da yarışmış və bu il Renault ilə McLaren-in ehtiyat sürücüsü olan Sirotkin hazırda yarışmaq üçün ən böyük favoritdir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*