F-1.az xatırladır ki, gələn il idmana yeni texniki reqlament gəlir. Hər yeni texniki reqlament gələndə idmanda sürprizlər yaşanır. 2009-cu ildə Brawn GP gözlənilmədən titul qazanmışdı. 201-cü ildə isə idmanda Mercedes hegemonluğu başlamışdı.
Corc Rassel: “İdmanda əsas məsələ istedaddır. Sürücülərin, mühəndislərin və dizaynerlərin istedadlı olması çox vacibdir. Böyük büdcələr həmişə kömək eləmir. Gələn il də motivasiyalə və istedadlı komandalar öndə olacaqlar. Görək dəyişikliklərdən sonra necə olacaq. Əvvəl də çox şeyin dəyişdiyini görmüşük. Ancaq Ferrari, Mercedes və Red Bull beşlikdə olacaqlar.
Williams da inkişaf edəcək. Komanda doğru yoldadır. Ehtiyac olan şeylərə pul xərcləyir. Hər şeyi təkmilləşdirmək üçün əlindən gələi edir. Reqlamentin dəyişmədiyi mövsümdə çox inkişaf etmişik. Çünki bazada hər şeyi doğru edirik.
Williams qalib gəlmək istəyir. Düzdür, üç ildir outsayderik və bu söz dəlisov səslənə bilər, amma buna inanırıq və qalib gəlmək üçün nə edəcyimizi bilirik. Bəlkə, tezliklə bu hədəfimizə çatmayacağıq, amma orta yerlər üçün mübarizə aparacağıq. Bir neçə il ərzində podiumlar və qələbələr üçün yarışacağıq.
Gələn ilin bolidini sürməmişəm. Sadəcə simulyatorda ona bənzər versiyanı sürmüşəm. Tamamiləfərqli maşın olacaq, aşağı seriyada Formula1-ə keçmək kimi şeydir. Hazırkından fərqli ola bilər, ancaq adaptasiya olunmalıyıq”.