C.Rassel: “F1-də test mümkün deyil”

Mercedes-in yeni gənc sürücüsü Corc Rassel bildirib ki, komanda ilə mövsümiçi testlərdə iştirak etməyəcək.

F-1.az xatırladır ki, Corc bu həftə Mercedes-in gənc sürücü proqramına qoşulub və komandada simulyatorda işləyəcək. Paskal Verlyaynın Sauber-ə və Okonun Force İndia-ya transferindən sonra Rasselin mövsümiçi testlərdə iştirakı gözlənilirdi.

Corc Rassel: “Hazırda proqramda olan, amma Formula1-də olmayan yeganə sürücüyəm. İşimə fokuslanmışam.

Bəhreyndəki testlər GP3 ilə eyni vaxta düşür. İkinci test daha əlverişli görünür. Boliddə yarışma ehtimalına özümü hazırlayıram, amma bunu çox düşünmürəm. Yeganə düşündüyüm şey GP3-də qələbə qazanıb çempion olmaqdır.

Mercedes-dəki gənc sürücülərin güclü olduğunu düşünürəm. Amma Paskala da, Estebana da çox şans verilib. Mən də əlimdən gələni etməliyəm. Esteban GP3-də, Paskal isə DTM Dünya Çempionu oldu. Öz şanslarını özləri yaradıblar.

Vəziyyət hər il dəyişir. Əgər yaxşı iş görsəm, Mercedes-in yardım edəcəyini bilirəm. Hədəfim Formula1-dir, amma əsas GP3 çempionluğudur. Esteban GP3-dən Formula1-ə keçib. Bottas və Kvyat da. GP3-də uğur qazansam, orada ola bilərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*