F-1.az xatırladır ki, taylandlı sürücü Macarıstandakı sıralanma turunda zəif performans göstərərək, 13-cü yeri tutub. Komanda yoldaşı Ferstappen isə 7-ci olub.
Corc Rassel: “Elbonu 15 ildir ki, tanıyıram və onunla həmişə yarışmışam. O, yarışdığım ən güclü sürücülərdən biridir. Maks, Şarl və hamımız onun potensialına bələdik. Red Bull-da nə baş verir bilmirəm. Ona görə çox məyusam, çünki onu axmaq kimi göstərmək istəyirlər və o, qətiliklə elə deyil. Yarışdığı bütün seriyalarda qalib gəlib. Onun problemlərini həll etməlidirlər”.