F-1.az xatırladır ki, mövsümün ilk yarışı Bəhreyndə Bottas komandasına qızıl dəyərində 4 xal qazandırsa da, sonrakı iki yarışda zəif təsir bağışlayıb. Əvəzində Çjou Avstraliyada 9-cu olaraq, komandasına vacib 2 xal gətirib.
Çevi Puxolar: “Məncə, Çjou inkişaf edib və iki sürücümüz də bərabər gücdədir. Bu bizim üçün yaxşı haldır. Avstraliyadakı sıralanma turu ideal olmasa da, digər iki sıralanma turunda hər iki sürücümüz son sessiyaya yaxın idilər. Bu hal komandamız üçün çox yaxşıdır”.