Ç.Puxolar: “Braziliyadakı xal gələnilki qərarımıza təsir etməyəcək”

Sauber komandasından Çevi Puxolar bildirib ki, komandası bu il hansı nəticəni alırsa-alsın, bu, onların 2017-ci il qərarlarına təsir etməyəcək.

F-1.az xatırladır ki, Nasr Braziliya yarışında 9-cu olaraq, isveçrəlilərə çox vacib 2 xal qazandırmış və Sauber komandası mühəndislər çempionatında 10-cu yerə yüksəlmişdi.

Əgər Sauber mövsümü 10-cu yerdə tamamlasa, daha çox bonus qazanacaq. Amma Puxolar bildirib ki, Braziliyada alınan xallar onların gələnilki qərarlarına təsir etməyəcək: “Xal alsaq da, almasaq da komanda gələn il daha güclü olacaq. Bu il xal almaq gözlənilməz hal idi və Monişa buna görə sevinclidir.

Bolid üzərində işləməyə davam edirik. Digər komandalardakı təcrübələrimizə əsaslanaraq, bəzi şeyləri dəyişdirmək istədik və hələ təkmilləşməli çox şey var.

İnkişaf etdiyimizi görmək gözəldir, amma hər şeyi öyrənmək üçün zamana ehtiyacımız var. Gələn il bizim üçün böyük addım olmalıdır. Deyəsən, bunu edə bilərik”.

İspaniyalı mühəndis bildirib ki, yarışın sonu onlar üçün çətin keçib: “Yarış yağışlı və stresli idi. Hava şəraitinə görə qərar vermək çətin idi. Yarış başlayandan sonra keçid təkərlərin daha sürətli olduğunu gördük və qərar vermək çətin idi. Bolidlərimizdən biri qəza etdikdən sonra işlər daha da çətinləşdi. Ondan sonra Manor komandasına fokuslandıq. Səhv etməməyə çalışdıq, yoxsa oyun bizim üçün bitərdi. Son 10-15 dövrə çətin keçdi. Alonso daha sürətli ola bilərdi, amma Okonla Kvyat bizə kömək etdilər”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*