Ç.Puxolar: Bakıda bir xal yaxşı nəticədir

Alfa Romeo komandasının baş mühəndisi Çevi Puxolar Bakıda qazandıqları bir xaldan razıdır.

F-1.az xatırladır ki, Kimi Rəykkönen Bakıdakı yarışa 14-cü yerdən başlasa da, əlinə düşən fürsətlətdən maksimum istifadə edərək, builki ilk xalını qazanıb. Beləliklə, İtaliya komandası Monakodan sonra Azərbaycan yarışından da xalla ayrılıb.

Çevi Puxolar: “Həmişə daha yaxşı nəticə istəyirik, amma başladığımız yerləri nəzərə alsaq, bir xal pis nəticə deyil. Yarışın ortasında xaldan uzaq idik, amma sonra bəxtimiz gətirdi. Nəticədə sürücülərimiz 10 və 11-ci oldular. Yarış qırmızı bayraqlarla dayananda sevindim, çünki xal qazanmaq üçün əlimizə yeni fürsət keçdi. Hər şey bizim üçün yaxşı idi. Son iki dövrəki mübarizədən həzz aldıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*