F-1.az xatırladır ki, Çjou yarışı xalsız bağlasa da, sürətıi dövrə vurub. Beləliklə, o, Alpine komandasının sürücüsü Pyer Qaslini bir xaldan edib.
Çevi Puxolar: “Çjou startda sürüşdü və orada bir az yer itirdik. Ondan sonra xal alıb-almayacağımıza baxdıq. Buna görğ də yarışın sonlarında Soft təkər strategiyasını sınadıq. Lakin tempimiz yox idi.
Buna görə də Çjou ən sürətli dövrəni vursun deyə komanda işi gördük. O da əla performans göstərərək, sürətli dövrəni vurdu. Beləliklə Alpine-dən bir xalı ala bildik”.