F-1.az xatırladır ki, britaniyalı sürücü ikinci sessiyada yerində fırlanaraq, baryerlərə çırpılıb və qırmızı bayraqlarla sessiyanın dayanmasına səbəb olub. Bu eyni zamanda yeni mövsümün ilk qəzası olub.
Colion Palmer: “Yerimdə fırlandım və bolid öndən sürüşdü. Bolidin arxa tərəfini isə idarə edə bilmədim. Böyük sürpriz oldu. Yaxşı dövrə vururdum və son döngədə çətinlik çəkdim. Əlimdən heç nə gəlmirdi. İlk dəfə bu cür problemlə qarşılaşdım.
Birinci sessiyadan sonra özümü yaxşı hiss edirdim. Bu gün boliddəki ən pis hal bu idi. Az dövrə vursam da, rahat idim və yaxşı vəziyyətdə idik. Buna görə də ikinci sessiyada özgüvənim artdı və birbaşa sürətli dövrələr vurmağa başladım. Doğrudan da əla dövrə idi. Bu qədər vaxt itirdim və indidən geriyə düşdüm. Ümid edirəm ki, sabah kompensə edərəm. Üçüncü sessiyanı yaxşı formada keçirməliyəm”.