F-1.az xatırladır ki, Palmer Kvyatla təmas yaşadıqdan sonra asılqanı qırılmışdı.
Colion Palmer: “Sağ tərəfdəki asılqan tamamilə qırıldı. Yarışı davam etdirməyim mümkün deyildi. Yarışa başlayanda ümidli idik. Yağışdan istifadə etmək istəyirdik. Amma orada Kvyatı görə bilmədim və təmas etdik. Son sektordakı dərədə digərlərindən daha güclü idik. Buna görə də hücum etmək istədim, amma işlər istədiyim kimi getmədi. Trasın üstündəki xətlərə baxaraq, pit yolunun və pit divarının harada olduğunu görməyə çalışırdım. Yolu görə bilmədiyim üçün qəzanın qarşısını ala bilmədim, amma günah məndə idi. Daniildən üzr istəyəcəm”.