F-1.az xatırladır ki, britaniyalı sürücü bu mövsüm ikinci dəfə sıralanma turunun son sessiyasına qalmışdı. Lakin 25 yaşlı sürücü ilk cəhdində problem yaşayaraq, yolda qalmışdı. Palmer daha sonra ötürmələr qutusu ilə bağlı problem yaşadığını demiş və cəza almaqdan qorxduğunu əlavə etmişdi. Renault komandası apardığı təhlillərdən sonra belə qərara gəlib ki, ötürmələr qutsunu təmir etmək mümkünsüzdür və buna görə yenisinə keçmək məcburiyyətində qalıblar. Buna görə də Colion yarışın startında 5 yer itirməli olacaq..
C.Palmer yarışın startında 5 yer itirəcək
Renault komandasının sürücüsü Colion Palmer ötürmələr qutusu dəyişdirildiyi üçün yarışın startında 5 yer itirəcək.