F-1.az xatırladır ki, britaniyalı sürücü öz publikası önündəki sıralanma turunda yaxşı performans göstərərək, 11-ci yeri tutub.
Colion Palmer: “Boliddə özümü yaxşı hiss etdim. Daha yaxısını edə bilərdim və bunu bilmək çox sevindiricidir. Bizi çətin yarış gözləsə də, bir neçə pillə irəliləyə bilərik. Ümid edirəm ki, mövsümdə ilk xallarımı qazanaram. Güclü performans göstərə biləcəyimə əminəm.
Trasda ilk gündən etibarən gözəl abu-hava var. Mənə güclü dəstək verirlər. Bu, mənə əlavə motivasiya verir. Bu bolidlə Silverstounda dövrələr vurmaq həzz verir”.