C.Palmer: “Varlı mühitdə sürmək məni valeh edir”

Renault komandasının sürücüsü Colion Palmer Monako Qran Prisindən həzz aldığını deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü keçən il Monte Karloda yarışın 7-ci dövrəsində qəza edərək mübarizəni dayandırmışdı.

Colion Palmer: “Monakoda sürmək həzz verir. Ətrafımızda çoxlu yaxtalar və şənliklər olur. Bu cür var-dövlətin içində sürmək çox əyləncəlidir. Burada sözün əsl mənasında təkər-təkərə mübarizə olur və bundan həzz alıram.

Saint Devote döngəsindən yuxarı dırmanmağa başladığınızda hər şey çox sürətlə dəyişir. O dar yolda bu cür getmək mükəmməl hissdir. Yarış karyeramda ən böyük həyəcanı burada yaşamışam. Hər zaman diqqətli olmalısınız”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*