F-1.az xatırladır ki, Renault keçən il Lotus komandasını satın alaraq, idmana qayıtmış, amma mövsüm ərzində cəmi 3 yarışda xal ala bilmişdi və mövsümü 8 ci yerdə bağlamışdı. Yeni mövsümə beşincilik hədəfi ilə başlayan “sarı-qaralar” ilk testlərdə Palmer və Hülkenberq ilə müvafiq olara 6-cı və 8-ci yeri tutublar.
Colion Palmer: “Bu doğrudan da gözəl sürpriz oldu. Gələn həftə daha yaxşı nəticə ala bilərik. Amma rəqiblərimiz də güclənə bilərlər. Hələ komandaların əsl performanslarını bilmirik.
Performans cəhətdən əla həftə oldu. Yenə də rəqiblərimizin nə edəcəyini, Melburnda necə olacaqlarını bilmirik. Gözləyək və görək.
İlk günlər bizim üçün yaxşı keçmədi. Bir neçə dövrə vura bildik və çox məlumat toplaya bikmədik. Bolidin gücünü hiss edirəm. Yaxşı inkişaf etmişik və zaman cədvəlində pis görünmürük. Daha yaxşısını edə bilərik. Məncə, yaxşı vəziyyətdəyik”.