C.Palmer sürücü nömrəsini seçib

Britaniyalı sürücü karyerasının sonuna qədər 30 nömrəsindən istifadə edəcək.

F-1.az xatırladır ki, 2014-cü ildə FİA hər bir sürücüdən karyerası boyunca istifadə edəcəyi sürücü nömrəsi seçməsini istəmişdi.

Bu il Renault komandası ilə Formula1-də debüt edəcək Colionun seçimi 30 rəqəmi olub. Onun keçən il Lotus komandası ilə cümə günləri çıxdığı testlərdə idarə etdiyi bolidin üzərində də 30 rəqəmi həkk edilmişdi.

Qeyd edək ki, Colionun sabiq Formula1 pilotu olan atası Conatan Palmer də 1985-ci ildə West Zakspeed Racing komandasında çıxış edərkən 30 nömrəli maşını idarə etmişdi…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*