F-1.az xatırladır ki, avstraliyalı sürücü Çində təhlükəsizlik maşını rejimindən sonra 6-cı yerdə olsa da, mükəmməl ötmələr edərək, yarışı qazana bilmişdi.
Colion Palmer: “Rikkardo Çin yarışında təhlükəsizlik maşını rejimindən sonra mükəmməl işlər gördü. Strategiyanın da köməyi ilə gözəl bir qələbə qazandı. Sözün açığı ötmə sənətini trasda asanmış kimi göstərmək hər adamın işi deyil, amma Daniel ötmə edərkən çətinlik çəkmirmiş kimi görünür. Məncə, hücum edəcəyi ana çox yaxşı hazırlaşır və vacib məqam budur. Əgər hücum etməyə tələssəniz, öndəki rəqibiniz müdafiə üçün daha tez reaksiya verəcək və ötmənin qarşısını alacaq. Rikkardo isə əylənmə zonasında etdiyi cəsarətli hücumlarla rəqiblərinə heç bir fürsət vermir. Həmiltona çox gözəl hücum etdi. Təkərlərə yaxşı nəzarət etdi və bir dəfə də bloklamadı. Yoxsa Ferstappenlə eyni problemi yaşaya bilərdilər. Ötməyə qərar verirsinizsə, bunu dəyişdirmək mümkünsüzdür. O sürətlə gedəkən ağlınızda şübhə olsa, qəza edə bilərsiniz. Rikkardo isə çox qərarlıdır”.