C.Palmer: “Renault gələn il daha sürətli olacaq”

Renault komandasının sürücüsü Colion Palmer bildirib ki, fransızların gələnilki bolidi olduqca gözəl görünür.

F-1.az xatırladır ki, Formula1-də gələn il texniki reqlament dəyişilir və bolidlərin daha gözəl görünməsi gözlənilir. Renault komandası yeni qaydalarla birlikdə önəmli addım atıb xallar, hətta, podium mübarizəsi vermək istəyir.

Colion Palmer: “Aerodinamik borudakı modelini gördüm və mükəmməl görünür. 2017-ci il bolidimiz mükəmməl görünəcək. Simulyatorda sürdüm və doğrudan da sürətli idi. Əlbəttə, yeni qaydalar hamı üçün eyni olacaq. Barselonada testlər başlamayana qədər rəqiblərimizə qarşı harada olduğumuzu bilməyəcəyik. Yeni bolidlər daha sürətlidir və sürmək çətindir. Buna görə də gələn il daha gözəl mübarizə olacağını düşünürəm”.

Palmer Hülkenberq barədə də danışıb: “Hələ onunla tanış ola bilməmişəm, amma onun barədə müsbət sözlər eşitmişəm. İnanıram ki, komanda gələn il üçün güclü sürücülər seçib”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*