F-1.az xatırladır ki, “qırmızı öküzlər” mövsümün ilk yarışı Bəhreyndə çox rahatlıqla qalib gəlib. Əksəriyyət düşünür ki, Red bull bu il bütün yarışları qazanacaq.
Lakin Avstriya komandası 2021-ci ildə büdcə limitini aşdığı üçün cərimələnib və aerodunamik boruda 10 faiz az işləmə cəzası alıb.
Colion Palmer: “Ümid edirəm ki, cərimə Red Bull-u geriyə salar. Yarışda həyəcan qalması üçün hamımız buna ümid etməliyik. Red Bull onsuz da aerodinamik boruda az işləyəcəkdi. Aldıqları cəzaya görə bu lap azaldı.
Keçən il də Ferrari burada ilk iki yeri tutmuşdu, amma mövsümün sonunda Red Bull-dan çox geri qalmışdılar. Bu da bolidlərin inkişaf səviyyəsini göstərir. Ferrari, Red Bull, Aston Martin inkişaf edib, Red Bull-a çata bilər”.