F-1.az xatırladır ki, Renault və Haas komandasının sürücüləri startda iki dəfə təmas yaşamışdılar. İlk təmasda Qrojan rəqibi Palmerin yerində fırlanmasına səbəb olduğu halda, ikincisində özünün havaya uçmasına səbəb olmuşdu. İki sürücü də insidentə görə bir-birini günahlandırsa da, stüardlar heç bir sürücüyə cəza verməyiblər.
Colion Palmer: “Roman daxili trayektoriyada idi. Doğrudan da boşluq yox idi. Xarici trayektoriyada da bolid var idi. Buna görə də ona lazımi qədər boşluq qoya bilmədim. Onda Sauber-ə çırpılmalı idim. Porebriklərdən müsbətyönlü hücum etdi. Orada boşluq yox idi. Dar döngədir və keçmişdə orada çoxlu qəzalar olub. Romana yer qoysam, Verlyaynla toqquşardım. Buna görə də dönməli idim. Ümid etdim ki, beynini işlədər”.
Qrojan isə qəza barədə bunları deyib: “Deməyə sözüm yoxdur. Əla start aldım. Birinci döngədə əla idim və Colionu əylənmədə geridə qoydum. Daxili trayektoriyada idim və o döndü. Beləliklə, təmas yaşadıq. Bolidi yerində fırlandı. Geri qayıtdı və mənə ikinci dəfə vurdu. Məni divara itələdi. Bu qədər”.