C.Palmer: “Qəzanın səbəbi ağ xətlər idi”

Renault komandasının sürücüsü Colion Palmer Monakoda yarışındakı qəzanın səbəbi kimi ağ xətləri göstərib...

F-1.az xatırladır ki, Monakoda yarış yağışa görə təhlükəsizlik avtomobilinin arxasında başlamışdı. Təhülkəsizlik avtomobili trasdan çıxan kimi Colion bolidini divara çırpıb.

İngiltərəli sürücü bildirib ki, bolid sürətlənməyə başlayan kimi sürüşüb və buna görə də divara çırpılıb: “Təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra bolidim özünü pis aparırdı. Beşinci ötürmədə gedən zaman ağ xəttin üztünə çıxdım və sürüşdüm. Ondan sonra edə biləcəyim heç nə yox idi. Bolidin içində bir sərnişindən fərqim yox idi və buna görə də divara çırpıldım.

Ağ xətlərin sürüşkən olduğunu və diqqətli olmaq lazım olduğunu bilirdim, ancaq xətlər hər yerdə var.

Keçmişdə burada uğurlu yarışlar keçirdiyim üçün ümidli idim. Artıq Kanada barədə düşünəcəm və bundan başqa əlimdən heç nə gəlmir. Bu həftə artıq geridə qaldı.

Bundan sonrakı yarışlara fokuslanaraq, yaxşı nəticələr almağa çalışacam”.

Xatırladaq ki, Palmerin komanda yoldaşı Kevin Maqnussen əvvəlcə Daniil Kvyat ilə insident yaşamış və daha sonra divara çırpılaraq, yarışı vaxtından əvvəl bitirmişdi…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*