F-1.az xatırladır ki, britaniyalı sürücü sonuncu Monako yarışında 11-ci yeri tutaraq, bu mövsümdəki ən yaxşı nəticəsinə imza atıb.
Colion Palmer: “Kanadada ilk dəfə keçən il yarışmışdım. Şəhər tipli tras olsa da, Monakodan fərqlənir. Ötmə etmək mümkündür. Hava şəraiti isə müəmmalıdır. Keçmişdə orada çox vaxt yağış yağıb. Keçən il yarışım pis keçsə də, həzz almışdım. Lakin bu mövsüm orada daha yaxşı çıxış etməliyik. Boliddən maksimumu çıxarmaq üçün əlimizdən gələni edəcəyik”.